Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 奈智姆   段:

ən-Nəcm

每章的意义:
إثبات صدق الوحي وأنه من عند الله.
Vəhyin doğruluğunun və onun Allah tərəfindən olmasının isbatı.

وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ
Uca Allah batmaqda olan ulduza and içir.
阿拉伯语经注:
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ
Allahın rəsulu Muhəmməd (səllallahu aleyhi və səlləm) nə hidayət yolundan sapmış, nə də zəlalətə düşmüşdür, əksinə, o, doğru yoldadır.
阿拉伯语经注:
وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ
O, bu Qurandakıları təbliğ etdikdə öz istəyi ilə danışmır.
阿拉伯语经注:
إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ
Bu Quran, Allahın Cəbrailin (aleyhissəlam) vasitəsilə rəsuluna təlqin etdiyi bir vəhydir.
阿拉伯语经注:
عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ
Bu Quranı ona çox qüvvətli olan mələk - Cəbrail (aleyhissəlam) öyrətdi.
阿拉伯语经注:
ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ
Cəbrail (aleyhissəlam) gözəl görünüşlüdür. O, yüksə­lib öz surətində - Allahın yaratdığı xilqətdə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) gö­rün­dü.
阿拉伯语经注:
وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ
Cəbrail səmada ən uca üfüqdə idi.
阿拉伯语经注:
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
Sonra Cəbrail (aleyhissəlam) Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxınlaşdı və ona daha yaxın oldu.
阿拉伯语经注:
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ
Cəbrailin (aleyhissəlam) ona olan yaxınlığı iki yay uzunluğunda, hətta on­dan da yaxın idi.
阿拉伯语经注:
فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ
Cəbrail (aleyhissəlam) Allahın qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edə­cəyini vəhy etdi.
阿拉伯语经注:
مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) qəlbi onun gözünün gör­dü­yünü ya­lan saymadı.
阿拉伯语经注:
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
Ey müşriklər! İndi siz, Allahın isra gecəsində ona göstərdikləri ba­rədə onunla mübahisəmi edir­si­niz?!
阿拉伯语经注:
وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ
Muhəmməd (səllallahu aleyhi və səlləm) gecə səfərində Cəbraili bir daha öz sürətin­də gördü.
阿拉伯语经注:
عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ
Son həddəki Sidr ağacı­nın yanın­da. Bu, yeddinci göydə yerləşən olduqca əzəmətli bir ağacdır.
阿拉伯语经注:
عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ
Məva cənnəti bu ağacın yanındadır.
阿拉伯语经注:
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ
Həmin vaxt Allahın əmri ilə Sidr ağacını elə əzəmətli bir şey bürümüşdü ki, onun necəliyini yalnız Allaha bilir.
阿拉伯语经注:
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gözü nə sağa, nə də sola meyl etdi, nə də ki, həddi aşdı.
阿拉伯语经注:
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ
Muhəmməd (səllallahu alehi və səlləm) gecə səfərində göyə qalxarkən öz Rəbbinin qüdrətinə dəlalət edən ən bö­yük dəlillərindən bəzisini - Cənnəti, Cəhənnəmi və başqa məxluqatlar gördü.
阿拉伯语经注:
أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ
Ey müşriklər! Siz Allahdan başqa tapındığınız bu bütləri - Lat və Uz­zanı gör­dünüzmü?
阿拉伯语经注:
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ
Həmçinin, bütlərinizdən üçüncü olan Mənatı da. Bir mənə deyin görüm, onlar sizə fayda və ya zərər verməyə qaditrdilərmi?!
阿拉伯语经注:
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ
Ey müşriklər, məgər sevdiyiniz oğlanlar sizin, sevmədiyiniz qız­lar isə Uca Allahındır?
阿拉伯语经注:
تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ
Elə isə nəfsinizin istəyi ilə apardığınız bu bölgü ədalətsiz bir bölgüdür.
阿拉伯语经注:
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ
Bu bütlərin adları, (ilahi adların) mənasına uyğun gələn adlardır və bunların ilahi xislətlərə heç bir aidiyyatı yoxdur. Bu adları siz və sizin ataları­nı­z özünüzdən qoymusunuz. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. Müşriklər öz etiqadlarında yal­nız zənnə qapılır və şeytanın onların könlünə gözəl göstərdiyi, nəfs­lərinin istəklərinə uyur­lar. Halbuki Rəb­bindən onlara Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dili ilə doğru yolu göstərən rəh­bər gəl­miş, lakin onlar ona tabe olmamışlar.
阿拉伯语经注:
أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ
Yoxsa insan üçün Allah yanında təmənna etdiyi bütlərin şəfaətimi vardır?!
阿拉伯语经注:
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ
Xeyr, insan təmənna etdiyi her bir şeyə nail ola bilməz. Axirət də, dünya da təkcə Alla­ha məxsudur. O, bunlardan istədiyini verər, istdədiyini də verməz.
阿拉伯语经注:
۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ
Göylərdə neçə-neçə mə­lək var­ ki, onlar bir kimsəyə şəfaətçilik etmək istəsələr, onların şəfaəti yalnız Alla­hın istədiyi və Onun, haqqında şəfaətçilik edilməsinə razı qaldığı kimsələrə fayda verər. Allah isə Ona şərik qoşan kimsə üçün şəfaətçilik edilməsinə əsla izn verməz və Ondan başqasına ibadət edən kimsə üçün şəfaətçilik edilməsinə əsla razı olmaz.
阿拉伯语经注:
这业中每段经文的优越:
• كمال أدب النبي صلى الله عليه وسلم حيث لم يَزغْ بصره وهو في السماء السابعة.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) yeddinci səmada olarkən gözünü o yan-bu yana çevirməməsi onun ədəbinin kamilliyindəndir.

• سفاهة عقل المشركين حيث عبدوا شيئًا لا يضر ولا ينفع، ونسبوا لله ما يكرهون واصطفوا لهم ما يحبون.
Müşriklərinin ağlının kəm olması. Belə ki, onlar özlərinə nə fayda, nə də zərər verə bilən bütlərə ibadət etmiş, üstəlik, sevmədikləri şeyləri Allaha mənsub etmiş, sevdikləri şeyləri isə özlərinə aid etmişlər.

• الشفاعة لا تقع إلا بشرطين: الإذن للشافع، والرضا عن المشفوع له.
Şəfaətçilik yalnız iki şərtlə keçərlidir: şəfaətçilik etmək istəyən kimsəyə buna görə izin verilməli və bir də onun üçün şəfaətçilik ediləcək kimsədən Allah razı olmalıdır.

 
含义的翻译 章: 奈智姆
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭