《古兰经》译解 - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 章: 盖德尔   段:

əl-Qədr

每章的意义:
بيان فضل ليلة القدر.
Qədr gecəsinin fəzilətinin bəyan edilməsi.

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ
Biz Quranı ramazan ayının qədr gecəsindən Peyğəmbərə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz kimi onu bütöv olaraq qədr gecəsində dünya səmasına nazil etdik.
阿拉伯语经注:
وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ
Ey Peyğəmbər! Bu gecənin nə qədər xeyir və bərəkətli olduğunu bilirsənmi?!
阿拉伯语经注:
لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ
Bu gecə xeyirlə dolu bir gecədir. Bu gecə, min ay imanla və savabını Allahdan umaraq ibadət edən kimsənin qazandığından daha xeyirlidir.
阿拉伯语经注:
تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ
O gecə mələklər və Cəbrail (aleyhissəlam) pak və müqəddəs Rəbbinin izni ilə, Allahın həmin il üçün əzəldən yazdığı hər bir işə görə - ruzi gətirmək, öldürmək, ruh vermək və başqa bu kimi - Allahın əzəldən müəyyən etdiyi işlərdən ötrü yerə enirlər.
阿拉伯语经注:
سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ
Bu mübarək gecə əvvəlindən axırınadək ta dan yeri sökülənədək xeyirlə doludur.
阿拉伯语经注:
这业中每段经文的优越:
• فضل ليلة القدر على سائر ليالي العام.
Qədr gecəsinin ilin digər gecələrindən fəzilətli olması.

• الإخلاص في العبادة من شروط قَبولها.
İbadətin ixlasla yalnız Allah üçün olması, iİbadətin qəbul edilməsi üçün qoyulmuş şərtlərdən biridir.

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
Dinin əsaslarında (səmavi) şəriətlərin eyni olması, risalətin qəbul edilməsi üçün səbəbdir.

 
含义的翻译 章: 盖德尔
章节目录 页码
 
《古兰经》译解 - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭