Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语翻译 - 阿里·汗·穆萨耶夫。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 宰姆拉   段:
إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ
Biz Kitabı sənə, insanlar üçün haqq olaraq nazil etdik. Kim doğru yolla getsə, (xeyri) onun özünə olar, kim azğınlığa düşsə, (ziyanı) onun öz əleyhinə olar. Sən onlara vəkil deyilsən.
阿拉伯语经注:
ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayar, digərini isə müəyyən olunmuş vaxtadək buraxar. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
阿拉伯语经注:
أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَۚ قُلۡ أَوَلَوۡ كَانُواْ لَا يَمۡلِكُونَ شَيۡـٔٗا وَلَا يَعۡقِلُونَ
Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi etdilər?! De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, onda necə?!”
阿拉伯语经注:
قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ
(Ey Peyğəmbər!) De: “Şəfaət bütünlüklə Allaha aiddir. Göylərin və yerin mülkü da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.
阿拉伯语经注:
وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ
Allah tək olaraq xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyər. Ondan (Allahdan) qeyriləri yad edildikdə isə onlar sevinərlər.
阿拉伯语经注:
قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
(Ey Peyğəmbər!) De: “Ey göyləri və yeri yaradan, qeybi və aşkarı bilən Allahım! Qullarının arasında ixtilafda olduqları (məsələlər) barəsində hökmü yalnız Sən verəcəksən!”
阿拉伯语经注:
وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ
Yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də zalımların olmuş olsaydı, onlar onun hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Allahdan onlara güman etmədikləri (bir əzab) üz verəcəkdir. @纠正
47. Yer üzündə olanların ha­mısı, üstəlik bir o qədər də əla­və, zalımlara məxsus ol­say­dı, onlar mütləq hamısını Qi­yamət gü­nü­nün dəhşətli əza­bından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allah­dan on­lara güman etmədikləri bir əzab üz verəcəkr.
阿拉伯语经注:
 
含义的翻译 章: 宰姆拉
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语翻译 - 阿里·汗·穆萨耶夫。 - 译解目录

阿里·汗·莫萨伊夫翻译。在拉瓦德翻译中心的监督之下已完成开发,原始翻译可供阅读,以便获取建议、评估和持续发展。

关闭