Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙደሲር   አንቀጽ:

əl-Muddəssir

ከመዕራፉ ዓላማዎች:
الأمر بالاجتهاد في دعوة المكذبين، وإنذارهم بالآخرة والقرآن.
Haqqı yalan sayan kəsləri dəvət etməyə səy göstərməyin və onları həm axirət əzabı, həm də Quranla qorxutmağın vacibliyi.

يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Ey libasına bürünüb örtünmüş (yəni, Peyğəmbər səllallahu aleyhi və səlləm).
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُمۡ فَأَنذِرۡ
Qalx və insanları Allahın əzabı ilə qorxut!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَبَّكَ فَكَبِّرۡ
Öz Rəbbini uca tut!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَثِيَابَكَ فَطَهِّرۡ
Özünü günhalardan, libasını da murdar şeylərdən təmiz saxla!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
Bütlərə tapınmaqdan uzaq dur!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
Etdiyin yaxşı əməli çox bilib Rəbbinə minnət etmə!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
Sənə üz verəcək bütün çətinliklərə Allah üçün səbir et!
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
Elə ki, İkinci kərə sura üfürüləcək,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
O gün çox şiddətli bir gün olacaqdır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
Allaha və Onun elçilərinə küfr etmiş kimsələrə həmin gün asan olmayacaqdır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
Ey Peyğəmbər! Məni, anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda yaratdığım kimsə (Vəlid ibn əl-Muğira) ilə tək burax.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Mən ona çoxlu var-dövlət verdim.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبَنِينَ شُهُودٗا
Həmçinin, ona həmişə yanında olan, onunla birlikdə yığıncaqlarda iştirak edən, mal-dövləti çox oldundan onu çox vaxt səfərlərdə müşahidə edən oğullar verdim.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
Habelə, ona gözəl gün-güzaran, çoxlu ruzi və övlad verdim.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
O, Mənə küfr etməyinə rəğmən, bu qədər verdiyim nemətlərdən sonra, yenə də əlavə olaraq var-dövlətinin artırmağımı istəyir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Bu iş heç də onun təsəvvür etdiyi kimi deyil. Çünki o, rəsulumuza nazil etdiyimiz ayələrimizi inadla inkar edib onları yalançı sayırdı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَأُرۡهِقُهُۥ صَعُودًا
Mən ona dözə bilməyəcəyi məşəqqətli bir əzaba yükləyəcəyəm.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
O nemətləri bəxş etdiyim kafir Quranda deyilənlərin batil olduğunu sübut etmək üçün fikirləşdi, sonra da özü-özülüyündə buna qərar verdi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المشقة تجلب التيسير.
Məşəqqət asanlığı tələb edir.

• وجوب الطهارة من الخَبَث الظاهر والباطن.
Zahiri və batini murdarlıqdan təmizlənməyin vacib olması.

• الإنعام على الفاجر استدراج له وليس إكرامًا.
Günahkara nemət verilməsi ona ehtiram əlaməti deyil, əksinə bu, onu tədriclə əzaba sürükləmədir.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙደሲር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት