ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني سورة: الفيل   آية:

سورة الفيل - əl-Fil

من مقاصد السورة:
بيان قدرة الله وبطشه بالكائدين لبيته المحرّم.
Allahın qüdrətinin və Məscidulharama hiylə quranları əzabla yaxalamasının bəyan edilməsi.

أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِأَصۡحَٰبِ ٱلۡفِيلِ
Ey Peyğəmbər! Əbrəhə və onun havadarları - fil sahibləri Kəbəni dağıtmaq istəyərkən,Rəbbinin onlara nələr etdiyini bilmirsənmi?!
التفاسير العربية:
أَلَمۡ يَجۡعَلۡ كَيۡدَهُمۡ فِي تَضۡلِيلٖ
Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.
التفاسير العربية:
وَأَرۡسَلَ عَلَيۡهِمۡ طَيۡرًا أَبَابِيلَ
Allah onların üzərinə dəstə-dəstə quşlar göndərdi.
التفاسير العربية:
تَرۡمِيهِم بِحِجَارَةٖ مِّن سِجِّيلٖ
O quşlar onların üstünə bərkimiş gildən daşlar yağdırdı.
التفاسير العربية:
فَجَعَلَهُمۡ كَعَصۡفٖ مَّأۡكُولِۭ
Allah onları sanki heyvanların yediyi və tapdaladığı əkin yarpağına döndərdi.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• خسران من لم يتصفوا بالإيمان وعمل الصالحات، والتواصي بالحق، والتواصي بالصبر.
İman gətirmək, yaxşı işlər görmək, haqqı və səbri tövsiyə etmək kimi xislətləri özündə əks etdirməyən kimsənin ziyana uğraması.

• تحريم الهَمْز واللَّمْز في الناس.
İnsanların qeybətini etməyin və qöz-qaş edərək insanlara tənə vurmağın haram olması.

• دفاع الله عن بيته الحرام، وهذا من الأمن الذي قضاه الله له.
Allahın Öz toxunulmaz evini qoruması. Bu da Allahın onun üçün əzəldən yazdığı əminlikdir.

 
ترجمة معاني سورة: الفيل
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق