Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (27) Surah: Al-Qasas
قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ
Qızların atası Musaya - aleyhissəlam - xitab edərək belə dedi: "Mən, mehir olaraq, bu qoyunlarıma səkkiz il çobanlıq etmən qarşılığında, bu iki qızımdan biri ilə səni evləndirmək istəyirəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Sən bunu etməkdə məcbur deyilsən. Çünki aramızdakı anlaşma səkkiz ildir. Bu müddətdən əlavə çobanlıq etməyin isə könüllü olan bir iş olacaqdır. Mən sənə məşəqqət olacaq bir işi görməyə məcbur etmək istəmirəm. Sən İnşallah məni, səninlə etdiyim bu anlaşmanı pozmayan və ona əməl edən əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən!"
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الالتجاء إلى الله طريق النجاة في الدنيا والآخرة.
• Uca Allaha sığınmaq dünya və axirət həyatında qurtuluş yoludur.

• حياء المرأة المسلمة سبب كرامتها وعلو شأنها.
• Müsəlman qadının həyalı olması, onun hörmətli və şərəfli olmasının səbəbidir.

• مشاركة المرأة بالرأي، واعتماد رأيها إن كان صوابًا أمر محمود.
• Hər hansı bir işdi qadınla məsləhətləşmək, rəyi doğru olduğu təqdirdə onun rəyinə əməl etmək, bəyənilən bir əməldir.

• القوة والأمانة صفتا المسؤول الناجح.
• Qüvvət və etibar bacarıqlı başçının sahib olduğu iki gözəl sifətdir.

• جواز أن يكون المهر منفعة.
• Mehirin mənfəət olara verilməsi caizdir.

 
Translation of the meanings Ayah: (27) Surah: Al-Qasas
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close