Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (35) Surah: Ghāfir
ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ
O kəslər ki, özlərinə bir dəlil və sübut gəlmədiyi halda, Allahın ayələri barəsində mübahisə edirlər ki, onun batil olduğunu isbat etsinlər. Onların bu mübahisəsi, həm Allah yanında, həm də, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər yanında nifrət artırar. Allah, Quran ayələrinin batil olduğunu isbat etmək üçün, o ayələr barədə mübahisə edənlərin qəlbinə möhür vurduğu kimi, haqqı qəbul etməyən hər bir təkəbbürlü və azğın qəlbi də möhürləyər və onu nə doğru yola yönəldər, nə də xeyirli bir iş görməyə müvəffəq edər.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الجدال لإبطال الحق وإحقاق الباطل خصلة ذميمة، وهي من صفات أهل الضلال.
Haqqı yox etmək və batili bərqərar etmək üçün mübahisə etmək məzəmmət olunan bir xislətdir və bu, zəlalət əhlinin sifətlərindəndir.

• التكبر مانع من الهداية إلى الحق.
Təkəbbür haqqa qovuşmağa əngəl törədən maneələrdəndir.

• إخفاق حيل الكفار ومكرهم لإبطال الحق.
Kafirlərin haqqı yox etmək üçün qurduğu hiylə və tədbirlər puç olmağa məhkumdur.

• وجوب الاستعداد للآخرة، وعدم الانشغال عنها بالدنيا.
Axirət həyatı üçün hazırlıqlı olmaq, axirəti unudub, dünya ilə məşğul olmamaq gərəkdir.

 
Translation of the meanings Ayah: (35) Surah: Ghāfir
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close