Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: Ad-Dukhān   Ayah:

əd-Duxan

Purposes of the Surah:
تهديد المشركين ببيان ما ينتظرهم من العقوبة العاجلة والآجلة.
Müşriklərə həm bu dünyada, həm də axirətdə gözləyən aqibət barədə xəbər verməklə onları təhdid etmək.

حمٓ
﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Arabic explanations of the Qur’an:
وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
Allah, aydın şəkildə haqq yolu göstərən Qurana and içir.
Arabic explanations of the Qur’an:
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ
Biz Quranı qədr gecəsində nazil etdik. Bu, çoxlu xeyirlə dolu bir gecədir. Həqiqətən, Biz bu Quran vasitəsilə qorxuduruq.
Arabic explanations of the Qur’an:
فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ
Bu ge­cədə, Allahın növbəti il üçün müəyyən etdiyi ruziyə, əcələ və başqa şeylərə aid olan hər bir iş ayırd edilir.
Arabic explanations of the Qur’an:
أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ
Biz hər bir işi Öz hüzurumuzda ayırd edirik. Həqiqətən, elçiləri Biz göndəririk -
Arabic explanations of the Qur’an:
رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
Ey Peyğəmbər! Biz elçiləri göndərildikləri insanlara Rəbbindən mərhə­mət olaraq göndəririk. Şübhəsiz ki, pak və müqəddəs Allah Öz qullarının dediklərini Eşidən­dir, onların əməllərini və niyyətlərini Biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz.
Arabic explanations of the Qur’an:
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
Allah göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbidir. Əgər buna yəqinliklə inanırsı­nızsa, Rəsuluma iman gətirin.
Arabic explanations of the Qur’an:
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
Ondan başqa ibadətə haqqı çatan mə­bud yoxdur. O, həm di­ril­dir, həm də öl­dü­rür. Ondan başqa nə dirildən, nə də öldürən var. O, həm sizin Rəbbiniz, həm də keçmişdəki atalarınızın Rəb­bi­dir.
Arabic explanations of the Qur’an:
بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ
Müşriklər buna yəqinliklə inanmırlar, əksinə, onlar özlərinin batil düşüncələrinə əsaslanıb buna şəkk-şübhə edirlər.
Arabic explanations of the Qur’an:
فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ
Ey Peyğəmbər! Sən, qövmünü yaxalayacaq yaxın əzabın gəlməsini gözlə. O gün qöy üzünü əzabın şiddətindən öz gözləri ilə görəcəkləri açıq-aydın bir düman bürüyəcəkdir.
Arabic explanations of the Qur’an:
يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ
O tüstü sənin qövmünü bü­rüyəcək və onda onlara deyiləcək: "Sizə üz vermiş bu əzab, ağrılı-acılı bir əzab­dır.
Arabic explanations of the Qur’an:
رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ
Onlar Rəbbinə yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bi­zə göndərdiyin bu əzabı bizdən uzaqlaşdır. Əgər onu bizdən uzaqlaşdırsan, biz Sənə də, Sənin rəsuluna da iman gətirəcəyik”.
Arabic explanations of the Qur’an:
أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ
Onlar necə öyüd-nəsihət qəbul edib Rəbbinə tərəf üz tuta bilər?! Axı onlara peyğəmbərliyi aş­kar bilinən, doğru danışan və əmanətə xəyanət etməyən birisi kimi tanıdıqları bir elçi gəldi,
Arabic explanations of the Qur’an:
ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ
Sonra onun təsdiq etməkdən üz çevirib onun barəsində: "O Allahın elçisi deyil. O başqa bir kimsə tərəfindən öyrə­dilmiş bir dəlidir!" - dedilər.
Arabic explanations of the Qur’an:
إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ
Biz əzabı sizdən bir az uzaq­laş­dı­racağıq, siz isə yenə küfrə və haqqı yalan saymağa qayıda­caqsınız.
Arabic explanations of the Qur’an:
يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ
Ey Peyğəmbər! Sənin qövmünün kafirlərini böyük bir mü­si­bətlə yaxalayacağımız günü - Bədr gününü gözlə. Onlar Allaha küfr etdiklərinə və Onun rəsulunu yalançı saydıqlarına görə, Biz onlardan inti­qam alacağıq.
Arabic explanations of the Qur’an:
۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ
Biz onlardan əvvəl Firo­n qövmünü imtahana çəkmişdik. Onlara Allah tərəfindən dəyərli bir elçi - Musa (aleyhissəlam) gəlib onları Allahın təkliyini qəbul etməyə və Ona ibadət etməyə dəvət etmişdi.
Arabic explanations of the Qur’an:
أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Musa Firona və onun qövmünə belə demişdi: “İsrail oğullarını mənə verin. Onlar Allahın qullarıdır, sizin onları qul etməyə haqqınız yoxdur. Həqiqətən, mən, Allahın si­zə göndərdiyi və mənə əmr etdiyi risaləti təbliğ edəcəyimə etibar etdiyi bir el­çiyəm. Mən bu risalətdən nə bir şey əskildər, nə də ona bir şey artıraram.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• نزول القرآن في ليلة القدر التي هي كثيرة الخيرات دلالة على عظم قدره.
Quranın xeyir-bərəkətlə dolu olan Qədr gecəsində nazil olması, onun dəyərinin əzəmətli olduğuna dəlalət edir.

• بعثة الرسل ونزول القرآن من مظاهر رحمة الله بعباده.
Muhəmmədin (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməsi və Quranın nazil edilməsi, Allahı Öz qullarına göstərdiyi mərhəmətin nişanələrindəndir.

• رسالات الأنبياء تحرير للمستضعفين من قبضة المتكبرين.
Peyğəmbərlərin risalətləri zəifləri təkəbbürlülərin əlindən xilas etmək üçün vasitədir.

 
Translation of the meanings Surah: Ad-Dukhān
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close