Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅನ್ನಬಅ್   ಶ್ಲೋಕ:

ən-Nəbə

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
بيان أدلة القدرة على البعث والتخويف من العاقبة.
Allahın ölüləri diriltməyə qadir olması barədə dəlilləri bəyan etmək və pis aqibət ilə qorxutmaq.

عَمَّ يَتَسَآءَلُونَ
Allah o müşriklərə öz Rəsulunu (səllallahu aleyhi və səlləm) göndərdikdən sonra onlar bir-birindən nə haqqında soruşurlar?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ
Onların bəzisi digərlərindən böyük xəbər barədə soruşur. Bu,onlara göndərilən elçiyə nazil edilmiş, dirilmə barədə xəbərləri ehtiva edən bu Qurandır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ
O Quran ki, onlar onun sehr, yaxud şeir, yaxud kahinlik, yaxud da keçmişdəkilərin əfsanələri olduğunu iddia etməklə onun vəsfi xüsusunda ixtilafa düşmüşlər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّا سَيَعۡلَمُونَ
Bu iş heç də onların iddia etdikləri kimi deyildir. Quranı təkzib edən o müşriklər bu təkzibin pis aqibətini hökmən biləcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ
Bir daha xeyr, onlar bu təkzibin pis aqibətini hökmən biləcəklər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا
Onlar yer üzərində qərar tutsunlar deyə Biz onu yataq tək dümdüz etmədikmi?!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَٱلۡجِبَالَ أَوۡتَادٗا
Yer tərpənməsin deyə Biz onun üzərində dirəklər tək dağlar yerləşdirdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا
Ey insanlar! Biz sizi kişi və qadın olaraq cüt-cüt yaratdıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا
İşlərinizi dayandırıb istirahət edəsiniz deyə sizin üçün yuxu yaratdıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا
Övrətinizi libasla örtrdüyünüz kimi gecəni də öz zülməti ilə bürüyən bir örtük etdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا
Gündüzü də, sizin ruzi əldə etməyiniz və onu axtarmağınız üçün meydan etdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا
Üstünüzdə dayanıqlı və möhkəm bina edilmiş yeddi göy yaratdıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا
Günəşi də çox yanar və çox parlaq bir çıraq etdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا
Biz yağmurla dolmuş buludlardan şırıl-şırıl yağan yağmur endirdik.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا
Yağmur yağdırdıq ki, onun sayəsində müxtəlif dənlər və növbənöv bitkilər çıxardaq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَنَّٰتٍ أَلۡفَافًا
Eləcə də, bu yağmur sayəsində, ağaclarının budaqları bir-birinə sarmaşan bağlar yetişdirək.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا
Həqiqətən, yaradılanlar arasında ayırd etmək günü əzəldən müəyyən edilmiş, dəyişilməz, bəlli bir vaxta təyin edilmişdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا
Ey insanlar! Mələk sura ikinci kərə üfürəcəyi gün, siz məhşərə dəstə-dəstə gələcəksiniz.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا
O gün göy açılacaq və orada açıq qapılara bənzər yarıqlar əmələ gələcək.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا
Dağlar hərəkətə gətirilib səpələnən toz dənəciklərinə çevriləcək və ilğıma dönəcəkdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا
Həqiqətən, Cəhənnəm pusquda durub kafirləri gözləyir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لِّلطَّٰغِينَ مَـَٔابٗا
Cəhənnəm zalımların qayıdacağı yerdir.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا
Onlar orada sonu olmayan zaman və əsrlər boyu qalacaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا
Onlar orada nə atəşin istisini soyudan soyuq hava görəcək, nə də ləzzət verəcək bir içki dadacaqlar.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا
Daddıqları yalnız qaynar su və Cəhənnəm əhlinin bədənindən axan irin olacaqdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
جَزَآءٗ وِفَاقًا
Dünyada ikən etdikləri küfrə və azğınlığa uyğun cəza olaraq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا
Doğrusu, onlar dünyada ikən Allahın axirətdə onları haqq-hesaba çəkəcəyindən qorxmurdular. Çünki onlar öldükdən sonra qiyamət günü yenidən diriləcəklərinə inanmırdılar. Əgər yenidən diriləcəklərinə inansaydılar, Allaha iman gətirər və yaxşı işlər görərdilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا
Onlar Rəsulumuza nazil etdiyimiz ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا
Biz onların əməllərinin hamısını müəyyənləşdirib hesaba almışıq. Bunların hamısı onların əməl kitabında yazılmışdır.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا
Ey azğınlar! Elə isə dadın əzabı. Bu, həmişəlik əzabdır. Biz sizə əzabınız üzərinə əzabdan başqa bir şey artırmayacağıq.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• إحكام الله للخلق دلالة على قدرته على إعادته.
Allahın məxluqatı gözəl bir biçimdə yaratması, Allahın onları yenidən diriltməsinə qadir olduğuna dəlalət edir.

• الطغيان سبب دخول النار.
Azğınlıq etmək Cəhənnəm oduna düçar olmağa səbəbdir.

• مضاعفة العذاب على الكفار.
Kafirlərin əzabının qat-qat olması.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅನ್ನಬಅ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಅಝರಿ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ