Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: As-Sāffāt   Ayah:
وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ
Biz ancaq onun ailəsini və onunla birlikdə olan möminləri xilas etdik. Onlardan başqa qövmündən olan kafirləri isə suda qərq etdik.
Ang mga Tafsir na Arabe:
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.
Ang mga Tafsir na Arabe:
سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ
Gələcək nəsillər arasında Nuh salam və əmin-amanlıq olsun ki, pis xatirə ilə yada salınmasın, əksinə, onu tərifləsinlər və gözəl xatirə ilə yad etsinlər.
Ang mga Tafsir na Arabe:
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini, tək Allaha etdikləri ibadətlərinə və itaətlərinə görə, Nuhu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırarıq!
Ang mga Tafsir na Arabe:
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Həqiqətən, Nuh Allaha itaət və ibadət edən mö­min qulla­rımızdandır.
Ang mga Tafsir na Arabe:
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
Sonra yerdə qalanları üstlərinə göndərdiyimiz tufanla suya qərq etdik. Onlardan heç biri salamat qalmadı.
Ang mga Tafsir na Arabe:
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ
Həqiqətən, İbrahim Allahın vəhdaniyyətinə dəvət etmək xüsusunda Nuhun yolunu tutub gedən din əhlindən idi.
Ang mga Tafsir na Arabe:
إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ
Bir zaman onun, Allahın yaratdıqlarına nəsihət edən, öz Rəbbi­nin hüzuruna şirkdən uzaq olan, təmiz bir qəlblə gəldiyini xatırla.
Ang mga Tafsir na Arabe:
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ
O zaman o, öz atasına və müşrik qöv­münə məzəmmət edərək demişdi: “Siz Allahı qoyub nəyə ibadət edir­si­­niz?
Ang mga Tafsir na Arabe:
أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ
Allahı qoyub yalançı tanrıla­ra­mı ibadət edirsiniz?
Ang mga Tafsir na Arabe:
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
Ey qövmüm, siz aləmlərin Rəbbini qoyub başqasına ibadət etdiyiniz halda, Onun hüzuruna çıxacağınız zaman nə zənn edirsiniz, (sizin halınız necə olacaq)?! Onun sizə nə edəcəyini düşünürüsünüz?!
Ang mga Tafsir na Arabe:
فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ
İbrahim qövmü ilə birlikdə getməsin deyə bir hiylə fikərləşərək ulduzlara nəzər sa­ldı.
Ang mga Tafsir na Arabe:
فَقَالَ إِنِّي سَقِيمٞ
O, öz qövmü ilə bayramı keçirməyə getməmək üçün bəhanə gətirib: "Mən xəstəyəm" dedi.
Ang mga Tafsir na Arabe:
فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ
Onlar onu orada qoyub get­di­lər.
Ang mga Tafsir na Arabe:
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ
O, onların Allahdan başqa ibadət etdikləri ilahların yanına gəlib onlara istehza edərək de­di: “Siz müşriklərin sizin üçün hazırladığı təam­lardan ye­mir­siniz?!
Ang mga Tafsir na Arabe:
مَا لَكُمۡ لَا تَنطِقُونَ
Si­zə nə olub ki, danışmırsınız, sizə sual verən kimsəyə cavab vermirsiniz?!” Heç Allahı qoyub beləsinə ibadət edilərmi?!
Ang mga Tafsir na Arabe:
فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ
Sonra İbrahim o bütlərə yaxınlaşıb onları sındırmaq üçün sağ əli ilə onlara zərbə endirdi.
Ang mga Tafsir na Arabe:
فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ
Bu bütlərə sitayiş edən kimsələr yüyürə-yüyürə onun yanına gəldilər.
Ang mga Tafsir na Arabe:
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ
İbrahim mərd-mərdanə onların qabağına çıxıb onları məzəmmət edərək dedi: “Siz Allahı qoyub öz əllərinizlə yonub dü­zəltdiyiniz bütlərəmi ibadət edir­siniz?!
Ang mga Tafsir na Arabe:
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ
Pak və müqəddəs Allah sizi və sizin əməllərinizi yarat­mış­dır. O əməllərinizdən biri də öz əllərinizlə dü­zəltdiyiniz bu bütlərdir. İbadət edilməyə layiq olan və heç bir şəriki olmayan yalnız Allahdır.
Ang mga Tafsir na Arabe:
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ
Onlar ona dəlil-sübutla üstün gələ bilmədiklərini gördükdə, güc tətbiq etmək qərarına gəldilər. Onlar İbrahimə nə edəcəkləri barədə öz aralarında məşvərət edib dedilər: "Onun üçün bir bina tikin və içərisini odunla doldurub yandırın, sonra da onu o odun içinə atın".
Ang mga Tafsir na Arabe:
فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ
İbrahimin qövmü İbrahimə pislik edib onu öldürməklə onlara verdiyi rahatsızlığa son qoymaq istədi. Biz isə (onların qaladığı) odu İbrahim üçün sərin və salamat etməklə onları zəlil bir vəziyyətə saldıq.
Ang mga Tafsir na Arabe:
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ
İbrahim dedi: “Mən qövmümün yurdunu tərk edərək, Ona ibadət etməkdə möhkəm olmağım üçün Rəbbimə doğru ge­di­rəm. O məni dünyada və axirətdə olan xeyrə doğru yola yönəldəcəkdir­”.
Ang mga Tafsir na Arabe:
رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ
“Ey Rəbbim! Mənə əmə­li­saleh öv­lad bəxş et ki, mənə kömək olsun və mən qürbəttə ikən mənim üçün qövmümü əvəz etsin!”
Ang mga Tafsir na Arabe:
فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ
Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xa­siy­yətli olacaq bir oğlan uşağı ilə müj­də­lədik. Bu uşaq İsmail (aleyhissəlam) idi.
Ang mga Tafsir na Arabe:
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ
İsmail böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çatdıqda atası İbra­­him yuxu gördü. Peyğəmbərlərin yuxusu isə vəhydir. İbrahim öz oğluna gördüyü yuxu barədə məlumat verərək belə dedi: “Ey oğlum, yu­xuda səni qur­ban kəsdiyimi gördüm. Bax gör bu haqda nə düşünürsən!”. İsmail atasına dərhal cavab verərək belə dedi: “Atacan, Allahın mənim qurban kəsilməyimə dair sənə buyurduğu əmrini yerinə yetir. Mənim səbirlilərdən və Allahın verdiyi hökmə razı qalanlardan ol­du­ğumu görəcəksən”.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• من مظاهر الإنعام على نوح: نجاة نوح ومن آمن معه، وجعل ذريته أصول البشر والأعراق والأجناس، وإبقاء الذكر الجميل والثناء الحسن.
Nuha (aleyhissəlam) bəxş edilmiş nemətlərdən biri də, Nuhun ona iman gətirmiş möminlərlə birlikdə nicat tapması, üstəlik, onun nəslinin bəşəriyyətin əslini, irqini və cinsini təşkil etməsi, habelə, barəsində xöş xatirələrin və gözəl təriflərin qalmasıdır.

• أفعال الإنسان يخلقها الله ويفعلها العبد باختياره.
İnsanların əməllərini yaradan Allahdır və insanlarda bu əməlləri yalnız Allahın ixtiyarı ilə yerinə yetirirlər.

• الذبيح بحسب دلالة هذه الآيات وترتيبها هو إسماعيل عليه السلام؛ لأنه هو المُبَشَّر به أولًا، وأما إسحاق عليه السلام فبُشِّر به بعد إسماعيل عليه السلام.
Bu ayələrin mənsasına və tərtibinə əsasən qurban kəsilən uşaq İsmaildır (aleyhissəlam). Çünki ilk müjdələnən kəs odur. İshaq (aleyhissəlam) barədə isə İbrahimə (aleyhissəlam) İsmaildən (aleyhissəlam) sonra müjdə verilmişdir.

• قول إسماعيل: ﴿سَتَجِدُنِي إِن شَآءَ اْللهُ مِنَ اْلصَّابِرِينَ﴾ سبب لتوفيق الله له بالصبر؛ لأنه جعل الأمر لله.
İsmailin (aleyhissəlam): ﴾Allah qoysa mənim səbirlilərdən ol­du­ğumu görəcəksən﴿ sözü, Allahın onu səbirli olmağa müvəffəq etməsinə səbəb idi. Çünki o, bu işi Allaha həvalə etmişdir.

 
Salin ng mga Kahulugan Surah: As-Sāffāt
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara