Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: As-Sāffāt   Ayah:
فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ
Hər ikisi Allahın əm­rinə boyun əydikləri və İbrahim Allahın əmrini yerinə yetirmək üçün öz oğlunu üzüs­tə yerə uzatdığı zaman
Ang mga Tafsir na Arabe:
وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ
İbrahim Allahın əmrini yerinə yetirib oğlunu qurban kəsmək istədikdə, Biz onu çağırıb dedik: “Ey İbra­him!
Ang mga Tafsir na Arabe:
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mü­ka­fat­lan­dırırıq.
Ang mga Tafsir na Arabe:
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ
Həqiqətən, bu, açıq-aydın bir imtahan idi ki, İbrahim ondan müvəffəqiyyətlə keçdi.
Ang mga Tafsir na Arabe:
وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ
Biz İsmailin əvəzinə bö­yük bir qoç fidyə verdik ki, onun əvəzinə o qoçu kəssin.
Ang mga Tafsir na Arabe:
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.
Ang mga Tafsir na Arabe:
سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ
Allahın ona salamı olsun və bu onun üçün hər bir zərərdən və bəladan qoruyan bir dua olsun!
Ang mga Tafsir na Arabe:
كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Biz İbrahimi əmrə itaət etdiyinə görə mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, belə mükafatlandırırıq!”
Ang mga Tafsir na Arabe:
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Həqiqətən İbrahim, Allaha etdiyi ibadətləri tam yerinə yetirən mömin qullarımızdan idi.
Ang mga Tafsir na Arabe:
وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ
Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi.
Ang mga Tafsir na Arabe:
وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ
Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bə­rə­kət ver­dik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəs­lin­də Rəbbinə itaət edib yax­şı iş gö­rənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edən­ləri də.
Ang mga Tafsir na Arabe:
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Biz Musaya və onun qardaşı Haruna da peyğəmbərlik bəxş etdik.
Ang mga Tafsir na Arabe:
وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
Biz onların hər ikisini və onların qövmü İsrail oğullarını, Fironun onları kölə etməsindən və onların dənizdə qərq olmasından xilas etdik.
Ang mga Tafsir na Arabe:
وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
Biz onlara Firona və onun ordusuna qarşı yardım etdik və on­lar öz düşmənlərinə qa­lib gəldilər.
Ang mga Tafsir na Arabe:
وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ
Biz Musaya və onun qardaşı Haruna Allahın açıq-aydın, içində heç bir şübhə olmayan Kitabını - Tövratı verdik.
Ang mga Tafsir na Arabe:
وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
Onların hər ikisini, heç bir əyriliyi olmayan doğru yola yönəltdik! Bu, pak və müqəddəs Xaliqin rizasına doğru yönəldən İslam dininin yoludur.
Ang mga Tafsir na Arabe:
وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ
Biz hər ikisi üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.
Ang mga Tafsir na Arabe:
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Allahdan onların hər ikisinə gözəl salam və təriflər olsun, üstəlik, hər bir xoşagəlməz şeydən salamat qalsınlar!
Ang mga Tafsir na Arabe:
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Biz Musanı və Harunu bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.
Ang mga Tafsir na Arabe:
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Həqiqətən, Musa və Harun Allaha iman gətirən və Allahın onlara buyurduqlarını yerinə yetirən qullarımızdan idi.
Ang mga Tafsir na Arabe:
وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
Şübhəsiz ki, İlyas da, Rəbbinin göndərdiyi el­çilər­dən­ idi. Allah ona peyğəmbərlik və risalət bəxş etmişdir.
Ang mga Tafsir na Arabe:
إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ
Bir zaman o, İsrail oğullarından elçi göndərildiyi qöv­mü­nə demişdi: “Ey qövmüm, məgər siz Allahın əmrlərini yerinə yetirməklə - Allahın təkliyini qəbul etməklə və qadağan etdiyi əməllərdən - şirkdən çəkinməklə Allahdan qorx­mur­su­nuz?
Ang mga Tafsir na Arabe:
أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ
Siz yaradanların ən yax­şısı olan Allaha ibadət etməyi buraxıb bütünüz Bələ ibadət edirsiniz?!
Ang mga Tafsir na Arabe:
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
Allah sizin Rəbbinizdir. O Rəbbiniz ki, həm sizi, həm də, sizin əcadlarınızı yaratmışdır. Allahdan başqa nə fayda, nə də zərər verən bütlər yox, məhz Allah ibadət edilməyə layiqdir.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
Uca Allahın: ﴾Onlar təslim olduqda﴿ sözü, İbrahim və İsmailin (aleyhiməssəlam) hər ikisinin Uca Allahın əmrinə tam şəkildə təslim olduqlarına dəlildir.

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
İnsanları bəşərin köləliyindən azad etmək şəriətin ali hədəflərindən birdir.

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
Gözəl tərif və xoş xatirə (mömin kimsəyə) qiyamətdən əvvəl hələ bu dünyada ikən bəxş edilmiş nemətdir.

 
Salin ng mga Kahulugan Surah: As-Sāffāt
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara