Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin

Salin ng mga Kahulugan Surah: As-Sāffāt   Ayah:
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
Ey müşriklər, sizə nə olub, belə ədalətsiz hökm verir - qızları Allaha, oğlanları isə özünüzə aid edirsiniz?!
Ang mga Tafsir na Arabe:
أَفَلَا تَذَكَّرُونَ
Məgər siz tutduğunuz bu yaramaz etiqadın batil olduğunu düşünmürsünüz?! Əgər düşünsəydiniz, belə söz danışmazdınız.
Ang mga Tafsir na Arabe:
أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ
Yoxsa sizin buna dair Kitabdan və ya Peyğəmbərdən tutarlı bir sübutunuz və aydın bir dəliliniz var?!
Ang mga Tafsir na Arabe:
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
Əgər iddianızın doğru olduğunu deyir­siniz­sə, onda bu iddianı isbat edən kitabınızı gətirin!”
Ang mga Tafsir na Arabe:
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ
Müşriklər Allahla özlərinin görmədikləri mələklər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Belə ki, onlar mələklərin Allahın qızları olduğunu söylədilər. Mələklər Allahın müşrikləri sorğu-sual etmək üçün (məhşərə) gətirəcə­yini bi­lirlər.
Ang mga Tafsir na Arabe:
سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Allah pak və müqəddəsdir, müşriklərin Ona aid etdikləri, Ona layiq olmayan sifətlərdən - Özünə övlad götürməkdən, şəriki olmaqdan və başqa bu kimi nöqsanlardan uzaqdır.
Ang mga Tafsir na Arabe:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Yalnız Allahın seçilmiş qullarından başqa. Həqiqətən də, onlar Allahı yalnız Ona layiq olan - uca və kamil sifətlərlə vəsf edirlər.
Ang mga Tafsir na Arabe:
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ
Ey müşriklər, nə siz, nə də Allahdan başqa ibadət etdikləriniz,
Ang mga Tafsir na Arabe:
مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ
Siz heç kəsi haqq dindən azdıra bilməzsiniz.
Ang mga Tafsir na Arabe:
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ
Allah kimin Cəhənnəm əhlindən olacağına qərar vermişdirsə, Allah onun barəsində verdiyi qərarını gerçəklədirəcək və o adam kafir olacaq, beləliklə də, Cəhənnəm oduna girəcək. Sizin və sizin ibadət etdiyiniz bütlərin isə buna qüdrəti çatmaz.
Ang mga Tafsir na Arabe:
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ
Mələklər Allaha qul olduqlarını və müşriklərin onlar barədə iddia etdiklərindən uzaq olduqlarını bəyan edərək dedilər: “Biz­dən hər kə­sin Allaha ibadət və itaət etməkdə, müəyyən bir yeri var­dır.
Ang mga Tafsir na Arabe:
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ
Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.
Ang mga Tafsir na Arabe:
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ
Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.
Ang mga Tafsir na Arabe:
وَإِن كَانُواْ لَيَقُولُونَ
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
Ang mga Tafsir na Arabe:
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
Ang mga Tafsir na Arabe:
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ

فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ

وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ
Bizim elçilərimizə dediyimiz sözü­müz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
Ang mga Tafsir na Arabe:
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ
Bizim elçilərimizə dediyimiz sözü­müz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
Ang mga Tafsir na Arabe:
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ
Bizim elçilərimizə dediyimiz sözü­müz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
Ang mga Tafsir na Arabe:
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
Sən, ey Peyğəmbər, Allahın bildiyi bir vaxtadək - onlara əzab yetişəcək vaxta qədər o inadkar müşriklərdən üz çe­vir!
Ang mga Tafsir na Arabe:
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ
Sən onlara əzaba düçar olacaqları zamana qədər möhlət ver! Onlar əzabı görməyin heç bir faydası olmayacağı bir vaxt onu görəcəklər.
Ang mga Tafsir na Arabe:
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
O müşriklər Allahın əzabının tez gəlməsinimi istəyirlər?
Ang mga Tafsir na Arabe:
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ
Allahın əzabı onları yaxladığı zaman onların sabahı necə də pis sabah olacaq!
Ang mga Tafsir na Arabe:
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
Ey Peyğəmbər, Allah onlara əzab göndərənədək sən onlar­dan üz çe­vir!
Ang mga Tafsir na Arabe:
وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ
Sən onların əzaba düçar olacaqları zamanı gözlə! Onlar da tez­liklə Allahın göndərdiyi əzabın və cəzanın onları necə yaxalayacağını görəcəklər.
Ang mga Tafsir na Arabe:
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ
Ey Muhəmməd, sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Ona aid etdikləri naqis sifətlərdən uzaqdır.
Ang mga Tafsir na Arabe:
وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ
Allahın salamı və tərfiləri göndərdiyi hörmətli elçilərə olsun!
Ang mga Tafsir na Arabe:
وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
Həmd-sənaların hamısı pak və uca Allaha məxsusdur. Yalnız O, buna layiqdir və O, bütün aləmlərin Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• سُنَّة الله نصر المرسلين وورثتهم بالحجة والغلبة، وفي الآيات بشارة عظيمة؛ لمن اتصف بأنه من جند الله، أنه غالب منصور.
Allahın elçilərə kömək etməsi və onlara həm dəlil-sübut, həm də zəfər bəxş etməsi Onun qanunudur. Bu ayədə Allahın əsgəri sayılan hər kəs üçün böyük bir müjdə vardır ki, o, mütləq qələbə çalıb üstün gələcəkdir.

• في الآيات دليل على بيان عجز المشركين وعجز آلهتهم عن إضلال أحد، وبشارة لعباد الله المخلصين بأن الله بقدرته ينجيهم من إضلال الضالين المضلين.
Bu ayədə müşriklərin və onların bütlərinin kimsəni haqq yoldan azdırmağa aciz olduqlarını bəyan edən dəlil vardır. Bu ayədə, həmçinin, Allahın ixlaslı qulları üçün müjdə vardır ki, Allah Öz qüdrəti ilə onları azan və azdıran kimsələrin sapdırmasından qoruyacaq.

Salin ng mga Kahulugan Surah: As-Sāffāt
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara