Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 瓦格尔   段:
ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ
Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, meyvələrin ən şərli və murdar olanıdır.
阿拉伯语经注:
لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ
Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, ən şər və murdar meyvədir.
阿拉伯语经注:
فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
Boş qarnınızı o ağacın acı meyvəsi ilə dol­dura­caq­sınız,
阿拉伯语经注:
فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ
Üstündən də olduqca hərarətli olan qaynar su içəcək­si­niz.
阿拉伯语经注:
فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ
Siz onu susuzluq xəstəliyinə tutulmuş dəvənin çoxlu su içdiyi ki­mi çoxlu-çoxlu içəcəksiniz”.
阿拉伯语经注:
هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ
Bu zikr edilən acı yemək və qaynar içki, haqq-hesab günü onlara veriləcək ziyafətdir.
阿拉伯语经注:
نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ
Ey haqqı yalan sayanlar! Siz yox ikən sizi Biz yaratdıq. Bəs nə üçün siz öldükdən sonra Bizim sizi di­rildəcəyimizi təsdiq etmirsiniz?!
阿拉伯语经注:
أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ
Ey insanlar! Qadınlarınızın uşaqlığına axıtdığınız mənini gördünüzmü?!
阿拉伯语经注:
ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ
O mənini siz yaradırsınız, yox­sa onu yaradan Bizik?!
阿拉伯语经注:
نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ
Sizin aranızda ölümü Biz müəy­yən etdik. Sizlərdən hər kəsin əvvəlcədən müəyyən edilmiş əcəli vardır, o, nə qabağa keçər, nə də yubanar. Biz acizdə deyilik.
阿拉伯语经注:
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ
Sizi bildiyiniz xilqətinizi və görünüşünüzü başqası ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir xilqətdə və şəkildə yaratmağa Bizə mane olan tapıl­maz.
阿拉伯语经注:
وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ
Siz artıq Bizim sizi ilk dəfə necə xəlq etdiyimizi bilirsi­niz. Bəs nə üçün sizi ilk dəfə yaradan Allahın, siz öldükdən sonra sizi yenidən diriltməyə qadirdir olduğunu düşünüb ibrət almırsınız?!
阿拉伯语经注:
أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ
Torpağa səpdiyiniz toxumu gördünüzmü?!
阿拉伯语经注:
ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ
O toxumu siz bitirisiniz, yox­sa onu bitirən Bizik?!
阿拉伯语经注:
لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ
Əgər Biz istəsəydik, o əkin yetişib məhsul verdiyi zaman onu saman çöpünə döndərər, siz də onun nə kökə düşdüyünə heyrət edərdiniz,
阿拉伯语经注:
إِنَّا لَمُغۡرَمُونَ
Və deyərdiniz: “Biz xərc qoyduğumuz işdə zi­ya­na uğra­maqla əzaba düçar olduq.
阿拉伯语经注:
بَلۡ نَحۡنُ مَحۡرُومُونَ
Xeyr, biz ruzidən məhrum olduq!”
阿拉伯语经注:
أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ
Susadığınız zaman içdiyiniz suyu gördü­nüz­mü?!
阿拉伯语经注:
ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ
Onu göydəki buluddan siz endi­rirsiniz, yoxsa onu endirən Bizik?!
阿拉伯语经注:
لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ
Əgər istəsəydik, o suyu elə duzlu edərdik ki, o, nə içməyə, nə də suvarılmağa yaralı olardı. Bəs nə üçün Allahın sizə rəhmət olaraq şirin su endirdiyinə görə Ona şükür etmirsiniz?!
阿拉伯语经注:
أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ
Öz mənfəətiniz üçün yandırdığınız odu gör­dünüzmü?!
阿拉伯语经注:
ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ
Yandırdığınız ağacı siz yara­tdınız, yoxsa onu Biz sizə mərhəmət olaraq yaradırıq?!
阿拉伯语经注:
نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ
Biz onu axirət odunu yada salmağınız və sizlərdən səfərə çıxan müsafirlərin istifa­dəsi üçün yarat­dıq.
阿拉伯语经注:
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
Ey Peyğəmbər! Elə isə, əzəmətli Rəbbini Ona layiq olmayan sifətlərdən uzaq tutaq şəninə təriflər de!
阿拉伯语经注:
۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ
Uca Allah ulduzların batdığı və olduğu yer­lərə and içir.
阿拉伯语经注:
وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ
Kaş bu yerlərə and içməyin, onda olan dəlillərə və məhdud olmayan ibrətlərə görə, böyük bir and olduğunu biləy­di­niz.
阿拉伯语经注:
这业中每段经文的优越:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
Məxluqatın yoxdan yaradılması, onların dirildiləcəyinin asan olmasına açıq-aşkar dəlalət edir.

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
Yağışın yağması, yerdən bitkilərin çıxması, insanların oddan istifadə etməsi, bütün bunlar insanlardan Allaha şükür etməyi tələb edən nemətlərdir. Çünki Allah istədyi vaxt onları bu nemətlərdən məhrum etməyə qadirdir.

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
Ulduzların yağış yağmasına təsir göstərdiyini etiqad etmək küfrdür və bu, cahiliyyət dövrünün adətlərindən biridir.

 
含义的翻译 章: 瓦格尔
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭