Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 盖拉姆   段:

əl-Qələm

每章的意义:
شهادة الله للنبي بحسن الخُلق، والدفاع عنه وتثبيته.
Allah, Peyğəmbərinin -səllallahu aleyhi və səlləm- gözəl əxlaq sahibi olduğuna şahidlik verməsi, onu qoruması və sabitqədəm etməsi.

نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ
﴾Nun﴿. Artıq "əl-Bəqərə" surəsinin əvvəlində bunun bənzəri barədə açıqlama verilmişdir. Uca Allah bu ayədə qələmə və insanların qələmlə yazdıqlarına and içir.
阿拉伯语经注:
مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ
Ey Peyğəmbər! Allahın sənə bəxş etdiyi peyğəmbərlik sayəsində sən dəli divanə deyilsən, əksinə, sən müşriklərin səni ittiham etdikləri divanəlikdən uzaqsan.
阿拉伯语经注:
وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ
Şübhəsiz ki, sən peyğəmbərlik risalətini insanlara təbliğ etmək yolundakı çətinliklərə səbir etdiyinə görə sənin üçün tükənməz bir mükafat hazırlanmışdır və buna görə heç kəs sənə minnət edə bilməz.
阿拉伯语经注:
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ
Həqiqətən də, sən, Quranın gətirdiyi çox böyük bir əxlaq üzərindəsən!. Sən Quranda deyilənləri ən kamil şəkildə özündə əks etdirən əxlaq sahibisən.
阿拉伯语经注:
فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ
Sən də görəcəksən, o yalan sayanlar da –
阿拉伯语经注:
بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ
Haqq aşkara çıxdıqda, hansınızın dəli divanə olduğu bəlli olacaqdır.
阿拉伯语经注:
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır, habelə, onların zəlalət düşdüyünü, sənin isə doğru yola yönəldiyini yaxşı bilir.
阿拉伯语经注:
فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ
Ey Peyğəmbər! Elə isə, sənin gətrdiyin haqqı yalan sayanlara itaət etmə.
阿拉伯语经注:
وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ
Müşriklər, sən onlarla mülayim davranmanı və onlara güzəştə getməni, onlar da səninlə mülayim rəftar etmələrini və sənə güzəştə getmələrini istəyirlər.
阿拉伯语经注:
وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ
Yalan yerə çox and içən alçağ kimsəyə əsla itaət etmə,
阿拉伯语经注:
هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ
İnsanların qeybətini edənə, onların arasını vurmaq üçün onların arasında dedi-qodu yayana,
阿拉伯语经注:
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ
Daima xeyrə mane olana, insanların malına, namusuna və canına təcavüz edənə, çoxlu günah işlər görənə və asiliklər edənə,
阿拉伯语经注:
عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ
Daş ürəkli kobud birisinə, əsli-nəsəbini tərk edib özünün başqa bir qövmündən olduğunu iddia edən kimsəyə –
阿拉伯语经注:
أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ
O var-dövlət və oğul-uşaq sahibi olduğu üçün, Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləmə) iman gətirməyi özünə sığışdırmadı.
阿拉伯语经注:
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Ayələrimiz ona oxunduğu zaman: "Bu, əvvəlkilərin uydurduğu xurafatlardandır!” – deyər.
阿拉伯语经注:
سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ
Biz onun burnuna, onu ləkələyən və daim burnunda qalan bir damğa vuracağıq.
阿拉伯语经注:
这业中每段经文的优越:
• اتصاف الرسول صلى الله عليه وسلم بأخلاق القرآن.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) Quran əxlaqına sahib olması.

• صفات الكفار صفات ذميمة يجب على المؤمن الابتعاد عنها، وعن طاعة أهلها.
Kafirlərə xas xislətlərin pis xislətlər olması və möminlərə belə xislətlərdən uzaq durmağın və onlara itaət etməməyin vacib olması.

• من أكثر الحلف هان على الرحمن، ونزلت مرتبته عند الناس.
Kim Allaha çoxlu and içərsə, Mərhəmətli Allahın adını ucuz tutmuş sayılar və insanlar yanında hörmətdən düşər.

 
含义的翻译 章: 盖拉姆
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭