Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 盖拉姆   段:
إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi müşrikləri də sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələrdən kasıblara verməsinlər deyə onları tez dərəcəklərinə dair and içmişdilər.
阿拉伯语经注:
وَلَا يَسۡتَثۡنُونَ
Və bu andlarında: "inşallah" deyə istisna etməmişdilər.
阿拉伯语经注:
فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ
Bağ sahibləri yuxuda ikən Allah o bağa göydən od göndərdi və bu od o bağı yandırıb yaxdı, beləliklə də, bağ sahibləri o alovun qarşısını ala bilmədilər.
阿拉伯语经注:
فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ
Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
阿拉伯语经注:
فَتَنَادَوۡاْ مُصۡبِحِينَ
Onlar səhər qalxdıqda bir-birlərini səsləyib dedilər:
阿拉伯语经注:
أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ
"Əgər meyvə dərəcəksinizsə, kasıblar gəlməmiş, bağınıza erkən gedin!" – dedilər.
阿拉伯语经注:
فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ
Onlar tələm-tələsik bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
阿拉伯语经注:
أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ
Onlar bir-birlərinə belə deyirdilər: "Bu gün oraya – bağınıza heç bir kasıb girməsin!"
阿拉伯语经注:
وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ
Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib səhərin erkən vaxtında bağa getdilər.
阿拉伯语经注:
فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ
Bağın yanıb kül olduğunu görəndə bir-birilərinə dedilər: "Deyəsən, biz bağın yolunu azmışıq".
阿拉伯语经注:
بَلۡ نَحۡنُ مَحۡرُومُونَ
Xeyr, biz kasıbları bağa buraxmayacağımıza niyyət etdiyimizə görə bu bağın meyvəsindən məhrum olmuşuq!"
阿拉伯语经注:
قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ
Onlar arasında ən xeyirli olanı belə dedi: "Siz kasıblara meyvə verməyəcəyinizə qərar verdikdə, məgər mən sizə Allahın şəninə təriflər deyin və Ona tövbə edin, demədimmi?!"
阿拉伯语经注:
قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
Onlar dedilər: “Rəbbimiz pakdır və müqəddəsdir! Həqiqətən də, biz kasıbları bağımızın meyvələrindən verməyəcəyimizə niyyət etməklə özümüzə zülm etmişik!"
阿拉伯语经注:
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ
Onlar dedikləri sözdən peşman olaraq bir-birlərini qınamağa başladılar
阿拉伯语经注:
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ
Onlar etdikləri əməldən peşmançılıq çəkərək belə dedilər: “Vay halımıza! Biz kasıbların haqqını verməməklə həddimizi aşdıq.
阿拉伯语经注:
عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha xeyirlisini versin. Çünki artıq biz təkcə Rəbbimizə tərəf yönəlir, Ondan bağışlanmağımı istəyir və Ondan xeyir diləyirik".
阿拉伯语经注:
كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
Bizə asi olanlara, beləcə, ruzidən məhrum etməklə əzab verərik. Axirət əzabı isə daha böyükdür! Kaş onun necə şiddətli və necə davamlı olduğunu biləydilər!
阿拉伯语经注:
إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ
Şübhəsiz ki, Allahın əmrlərini yeriən yetirib qadağan etdiklərindən çəkinərək Allahdan qorxanlar üçün Rəbbi yanında içində xoş güzəran görəcəkləri, tükənməz nemətlərlə dolu Nəim cənnətləri hazırlanmışdır.
阿拉伯语经注:
أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ
Məkkə əhlindən olan müşriklərin iddia etdiyi kimi, cəza verərkən Biz heç müsəlmanları kafirlərə tay tutarıqmı?!
阿拉伯语经注:
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
Ey müşriklər! Sizə nə olub, bu cür ədalətsiz dolaşıq hökm verirsiniz?!
阿拉伯语经注:
أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ
Yoxsa sizin elə bir kitabınız var ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?!
阿拉伯语经注:
إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ
Yoxsa o kitabda bəyəndiyiniz hər bir şeyin axirətdə sizin üçün olacağı yazılmışdır?!
阿拉伯语经注:
أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ
Yaxud istədiyiniz hər şey sizin üçün olacağına dair Bizə and verib Bizimlə qətiyyətlə əhd bağlamısınız?!
阿拉伯语经注:
سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
Ey Peyğəmbər! Bu sözləri danışanlardan soruş: "Kim buna zamin duracaqdır?!"
阿拉伯语经注:
أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ
Yoxsa onların möminlərə veriləcək mükafatın eynisini özlərinə də verəcək Allahdan başqa şəriklərimi vardır?! Əgər bu iddialarında doğrudurlarsa, elə isə qoy onlar möminlərə veriləcək mükafatın eynisini özlərinə də verəcək o şəriklərini gətirsinlər.
阿拉伯语经注:
يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ
Qiyamət günü hər tərəfi dəhşət bürüyəcəkdir. Rəbbimiz baldırını açacaq və insanlar səcdə etməyə çağırılacaqlar. O gün möminlər səcdə edəcəklər, kafirlər və münafiqlər isə səcdə etməyə qadir olmayacaqlar.
阿拉伯语经注:
这业中每段经文的优越:
• منع حق الفقير سبب في هلاك المال.
Kasıbın haqqını verməmək mal-dövlətin məhv olmasına səbəbdir.

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
İnsana dünyada ikən cəza verilməsi onun üçün xeyirdir ki, bəlkə tövbə edib haqq yola qayıdar.

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
Mömin və kafirin sifətləri eyni olmadığı kimi, əməllərin əvəzinin verilməsi xüsusunda da onlar eyni ola bilməzlər.

 
含义的翻译 章: 盖拉姆
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭