《古兰经》译解 - 阿塞拜疆语翻译 - 阿里汉·穆萨伊夫。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 杜哈尼   段:

əd-Duxan

حمٓ
Hə. Mim.
阿拉伯语经注:
وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
And olsun (bu) açıq-aydın Kitaba!
阿拉伯语经注:
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ
Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.
阿拉伯语经注:
فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ
Hər bir hikmətli iş o gecədə ayırd edilir –
阿拉伯语经注:
أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ
Tərəfimizdən vəhy edilən əmr ilə. Həqiqətən, (elçiləri) Biz göndəririk –
阿拉伯语经注:
رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
阿拉伯语经注:
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.
阿拉伯语经注:
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dirildir və Öldürür. (O,) sizin də Rəbbinizdir, öncəki atalarınızın da Rəbbidir.
阿拉伯语经注:
بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ
Xeyr, onlar şəkkə qapılıb əylənirlər.
阿拉伯语经注:
فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ
Sən göydən aşkar bir duman gələcəyi günü gözlə.
阿拉伯语经注:
يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ
O (duman) insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.
阿拉伯语经注:
رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ
(Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz iman gətiririk”– (deyəcəklər).
阿拉伯语经注:
أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ
Onlar necə öyüd-nəsihət eşidə bilərlər?! Artıq onlara açıq-aşkar bir peyğəmbər gəldi.
阿拉伯语经注:
ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ
Onlar isə ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.
阿拉伯语经注:
إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ
Biz əzabı (sizdən) bir az uzaqlaşdıracağıq, siz (yenə küfrə) qayıdacaqsınız.
阿拉伯语经注:
يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ
(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün (Qiyamət və ya Bədr döyüşü günü), Biz (onlardan) intiqam alacağıq.
阿拉伯语经注:
۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ
Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Onlara hörmətli bir elçi (Musa) gəldi.
阿拉伯语经注:
أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
(Musa, Firona və onun qövmünə belə dedi): “Allahın qullarını (İsrail oğullarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün əmin bir elçiyəm.
阿拉伯语经注:
وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ
Allaha qarşı təkəbbürlük göstərməyin. Həqiqətən, mən sizə aydın bir dəli ilə gəlmişəm.
阿拉伯语经注:
وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ
Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.
阿拉伯语经注:
وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ
Əgər mənə iman gətirmirsinizsə, məndən uzaq olun!”
阿拉伯语经注:
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ
O (Musa), Rəbbinə dua edib dedi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”
阿拉伯语经注:
فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ
(Allah buyurdu:) “Qullarımla (İsrail oğulları ilə) birlikdə gecə ikən yola çıx. Çünki siz təqib olunacaqsınız.
阿拉伯语经注:
وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ
Dənizi də sakit (və ya açıq) burax! Onlar suda batırılacaq əsgərlərdir!”
阿拉伯语经注:
كَمۡ تَرَكُواْ مِن جَنَّٰتٖ وَعُيُونٖ
Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,
阿拉伯语经注:
وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ
və (neçə-neçə) əkinlər, möhtəşəm yerlər
阿拉伯语经注:
وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ
və ləzzət aldıqları neçə-neçə nemətlər (qoyub getdilər).
阿拉伯语经注:
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ
(Onları) belə (cəzalandırdıq!) Biz o nemətlərə başqalarını (İsrail oğullarını) varis etdik.
阿拉伯语经注:
فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ
Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.
阿拉伯语经注:
وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ
Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
阿拉伯语经注:
مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ
Firondan. Çünki o, özünü yüksək tutan və həddi aşanlardan idi.
阿拉伯语经注:
وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ
Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.
阿拉伯语经注:
وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَٰٓؤٞاْ مُّبِينٌ
Onlara içində açıq-aydın imtahan olan dəlillər (bildirçin əti, qüdrət halvası və s.) verdik.
阿拉伯语经注:
إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ
(Ey Peyğəmbər!) Bunlar (qövmünün müşrikləri) mütləq deyəcəklər:
阿拉伯语经注:
إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ
“Bu bizim ilk ölümümüzdür. Biz (bir daha) dirildilməyəcəyik.
阿拉伯语经注:
فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ
Əgər (öldükdən sonra diriləcəyimizi) doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”
阿拉伯语经注:
أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ
(Ey Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) üstündür (qüvvətlidir), yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? (Ad və Səmud qövmü?) Biz onları məhv etdik. Çünki onlar günahkarlar idilər.
阿拉伯语经注:
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ
Biz göyləri, yeri və onların arasında olanları əyləncə (boş yerə) yaratmadıq.
阿拉伯语经注:
مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
Biz onları haqq olaraq yaratdıq, lakin onların (müşriklərin) çoxu (bunu) bilməz.
阿拉伯语经注:
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ
Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
阿拉伯语经注:
يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ
O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.
阿拉伯语经注:
إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
阿拉伯语经注:
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ
Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı.
阿拉伯语经注:
طَعَامُ ٱلۡأَثِيمِ
Günahkar kimsənin yeməyidir.
阿拉伯语经注:
كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ
(Zəqqum ağacının meyvəsi) əridilmiş yağ (yaxud mis) kimi qarınlarda qaynayar –
阿拉伯语经注:
كَغَلۡيِ ٱلۡحَمِيمِ
qaynar suyun qaynaması kimi.
阿拉伯语经注:
خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ
Onu (günahkar kimsəni) tutub Cəhənnəmin ortasına sürükləyin!
阿拉伯语经注:
ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ
Sonra başının üstünə əzab olaraq qaynar sudan tökün!
阿拉伯语经注:
ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ
(Sonra ona belə deyilər:) Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin.
阿拉伯语经注:
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ
Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!
阿拉伯语经注:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ
Müttəqilər isə əmin-aman bir məqamda –
阿拉伯语经注:
فِي جَنَّٰتٖ وَعُيُونٖ
bağçalarda və çeşmələr başında olacaqlar!
阿拉伯语经注:
يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ
Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
阿拉伯语经注:
كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ
Bu belədir! (Üstəlik) onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.
阿拉伯语经注:
يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ
Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
阿拉伯语经注:
لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur.
阿拉伯语经注:
فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
(Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur.
阿拉伯语经注:
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
(Ey Peyğəmbər!) Biz onu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə ibrət alsınlar.
阿拉伯语经注:
فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ
(Ey Peyğəmbər!) Sən (Allahın zəfərini, müşriklərin həlakını) gözlə! Şübhəsiz ki, onlar da (sənin ölümünü) gözləyirlər.
阿拉伯语经注:
 
含义的翻译 章: 杜哈尼
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语翻译 - 阿里汉·穆萨伊夫。 - 译解目录

古兰经阿塞拜疆文译解,阿里·汗·莫萨伊夫翻译。由拉瓦德翻译中心负责校正,附上翻译原文以便发表意见、评价和持续改进。

关闭